AZ

İranın xarici işlər naziri güc nümayiş etdirdi – "Bu, hələ başlanğıcdır"

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin ölkənin enerji infrastrukturuna endirdiyi son zərbələrə cavab olaraq Tehranın hərbi potensialının yalnız cüzi bir hissəsindən istifadə etdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, Araqçi özünün "X" sosial şəbəkə hesabında paylaşdığı kəskin bəyanatda rəsmi Tehranın indiyə qədər göstərdiyi təmkinin yeganə səbəbinin beynəlxalq birliyin gərginliyi azaltmaq çağırışlarına hörmətlə yanaşması olduğunu bildirib. Nazir vurğulayıb ki, əgər İranın mülki və strateji obyektlərinə yenidən hücum edilərsə, rəsmi Tehran "sıfır təmkin" nümayiş etdirəcək və cavab zərbələri daha sarsıdıcı olacaq.

Araqçinin bu açıqlaması İsrailin İranın ən böyük qaz yatağı olan "Cənub Pars"dakı emal müəssisələrini (Asaluyeh mərkəzi) hədəf almasından və İranın buna cavab olaraq Qətər, BƏƏ və Səudiyyə Ərəbistanındakı enerji obyektlərinə raket zərbələri endirməsindən sonraya təsadüf edir. İranlı nazir həmçinin xəbərdarlıq edib ki, müharibənin hər hansı formada başa çatması üçün mütləq şəkildə İranın mülki infrastrukturuna dəymiş ziyan nəzərə alınmalı və kompensasiya məsələləri həll olunmalıdır. Ekspertlər Əraqçinin "gücümüzün bir hissəsi" ifadəsini İranın hələlik istifadə etmədiyi uzaqmənzilli hipersəs raketlərinə və genişmiqyaslı kiber-hücum imkanlarına eyham kimi qiymətləndirirlər. Bu bəyanat həm də göstərir ki, Tehran münaqişəni "enerji savaşı" müstəvisinə keçirməklə qlobal bazarları sarsıtmaq və Qərbi geri addım atmağa məcbur etmək strategiyasını davam etdirəcək.

Musavat.com

Seçilən
68
50
musavat.com

10Mənbələr