AZ

Azərbaycanda narkomanların sayı artıb, yoxsa azalıb?

Azərbaycanda metadonla əvəzedici müalicə proqramı üzrə 707 nəfər narkotik asılılığından müalicə alır.

Bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu ilin iki ayı ilə bağlı yaydığı hesabatda qeyd olunub.

Bildirilib ki, bunlardan 284 nəfəri Respublika Narkoloji Mərkəzində, 300 nəfəri QİÇS-lə Mübarizə Mərkəzində, 123 nəfəri isə Sumqayıt Narkoloji Mərkəzində müalicə alır.

Maraqlıdır, rəsmi statistik rəqəmlər reallığı əks etdirirmi?

Mövzu ilə bağlı Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov “Cebheinfo.az”-a bildirib ki, 2024-cü ildə narkomaniyadan müalicə alanların sayı 36 min olub:

“2025-ci ildə isə bu rəqəmə artaraq 43 mindən çox olub. Məhz rəsmi statistik rəqəmlər onu göstərmir ki, narkotik istifadəçilərinin sayı artıb. Bu, onu göstərir ki, narkotik istifadəçilərinin və onların yaxınlarının dövlət qurumlarına etibarı artıb.

Məsələn, əvvəl 36 min narkotik istifadəçisi vardısa, onun yarısı müalicədən kənarda qalırdı və qeydiyyata düşməkdən, əsasən də anonimliyin qorunmamasından qorxurdular. Son illər isə artıq insanlar anladı ki, qeydiyyata düşməklə anonimlik qorunur və bu şəxslərə ziyan dəyməyəcək”.

O bildirib ki, əvvəlki qeydiyyat sistemində bir az səriştəsizlik və natamamlıq vardı:

“Son iki ildə bu istiqamətdə müsbət dəyişikliklər baş verib. Hazırda narkodispanserə, həkimə müraciət edən narkomanların təxminən 70 %-ni qeydiyyata salmaq mümkündür”.

Ekspert qeyd edib ki, əvvəlki dövrlə müqayisədə narkomanların sayı kəskin azalıb:

"Məsələn, əvvəl Sumqayıtda bir mikrorayonda 20 narkoman var idisə, indi bu rəqəm 3–4 nəfər civarındadır".

Seçilən
48
cebheinfo.az

1Mənbələr