AZ

Ədliyyə naziri vətəndaşları qəbul edəcək




Ədliyyə naziri Fərid Əhmədov aprelin 3-də Xaçmaz şəhərində Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayon sakinlərini qəbul edəcək.

Newscenter.az nazirliyə istinadən bildirir ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 2 aprel tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Xaçmaz regional ədliyyə idarəsinə (ünvan: Xaçmaz şəhəri, H.Əliyev pr. 17, əlaqə telefonu: +994 23 325 18 88, +994 23 325 14 59) müraciət edərək qəbula yazıla bilərlər.

Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Süleyman
Seçilən
35
7
newscenter.az

10Mənbələr