AZ

BƏƏ-də "Hizbullah" və İranla əlaqəli qruplaşma zərərsizləşdirilib

BƏƏ-də "Hizbullah" və İranla əlaqəli qruplaşma zərərsizləşdirilib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Livanın "Hizbullah" hərəkatı və İranla əlaqəli olan bir qruplaşmanı zərərsizləşdirdiyini bəyan edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə WAM agentliyi Dövlət Təhlükəsizlik Aparatına istinadən məlumat yayıb.

"Dövlət Təhlükəsizlik Aparatı "Hizbullah" və İranla əlaqəli qruplaşmanı ləğv edib və onun üzvlərini həbs edib", — deyə agentliyin məlumatında bildirilir. WAM tərəfindən yayımlanan görüntülərə görə, qruplaşma üzvləri çirkli pulların yuyulması, iqtisadiyyata zərbə vurulması və milli təhlükəsizliyə təhdid yaradılmasında ittiham olunurlar.

Seçilən
100
afn.az

1Mənbələr