AZ

Allergiyaya qarşı “silah”: yataqdakı gizli təhlükəyə son

Xiaomi məişət texnologiyaları bazarında diqqət çəkən yeni cihazını təqdim edib.

Musavat.com xəbər verir ki, şirkətin “Mijia Mite Remover 3 Pro” adlı yeni məhsulu toz gənələrinə qarşı mübarizə üçün xüsusi hazırlanıb.

Məlumata görə, bu mikroskopik canlılar əsasən döşəklərdə, yastıqlarda və yumşaq mebellərdə yaşayır. Onlar insanı dişləməsə də, ifraz etdikləri maddələr güclü allergen hesab olunur və astma, allergik rinit, eləcə də dəri problemlərinə səbəb ola bilər.

Yeni cihaz isə məhz bu təhlükəni aradan qaldırmağa yönəlib. Kompakt ölçülü, simsiz və istifadəsi rahat olan tozsoran gündəlik ev gigiyenasını təmin etmək üçün nəzərdə tutulub. Xüsusilə allergiyadan əziyyət çəkən şəxslər üçün effektiv həll kimi təqdim edilir.

Qeyd edək ki, “Mijia Mite Remover 3 Pro” yaxın günlərdə Çin bazarında satışa çıxarılacaq. Təxminən 70 dollar qiymətə təqdim olunacaq cihazın qısa müddətdə geniş yayılacağı gözlənilir.

 

Musavat.com

Seçilən
149
musavat.com

1Mənbələr