AZ

Macarıstan və Sloveniya İtaliyadan qazın daşınması üçün yeni boru kəməri tikəcək

Bakı. Trend:

Macarıstan və Sloveniya İtaliyadan qazın nəqli məqsədilə ikiölkəni birləşdirəcək kəmərin inşası ilə bağlı razılıq əldəediblər.

Trend xəbər verir ki, bubarədə Macarıstanın xarici işlər naziri Peter Siyarto BudapeştdəSloveniyanın ətraf mühit, iqlim və enerji naziri Boyan Kumer iləsənədin imzalanmasından sonra təşkil olunan mətbuat konfransındaaçıqlama verib.

Onun sözlərinə görə, ümumi uzunluğu 115 kilometr olacaq borukəmərinin təxminən 40 kilometri Macarıstan ərazisindən keçəcək vəlayihə çərçivəsində kompressor stansiyasının tikintisi də nəzərdətutulur.

Siyarto bildirib ki, ilkin mərhələdə kəmərin illik ötürmə gücü440 milyon kubmetr olacaq, gələcəkdə isə bu göstərici 1,7 milyardkubmetrə qədər artırıla bilər. Bu isə Macarıstana Sloveniyaüzərindən İtaliyadan mayeləşdirilmiş təbii qaz idxal etməyə imkanverəcək.

Nazir vurğulayıb ki, bu layihə ölkənin enerji mənbələrinişaxələndirmək strategiyasına uyğundur, lakin mövcud təchizatmənbələri və marşrutlardan imtina anlamına gəlmir. O, həmçininlayihənin həyata keçirilməsi üçün Avropa İttifaqından maliyyədəstəyi gözlədiklərini qeyd edib və əlavə edib ki, bununlaMacarıstan bütün qonşu ölkələrlə qaz kəmərləri vasitəsiləəlaqələndirilmiş olacaq.

Seçilən
122
az.trend.az

1Mənbələr