AZ

Ağdaşda avtomobil aşdı Yaralılar var FOTO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağdaşdà qadın sürücünün idarə etdiyi maşın aşıb.

Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Ləki qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. Paytaxt sakini - İmanova Şəlalə İldırım qızının idarə etdiyi "Hundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü Şəlalə İmanovaya yerindəcə zəruri tibbi yardım göstərilib. Maşında yer alan  və durumları daha ciddi olan iki sərnişin - sürücünün anası Tahirə Musayeva və rəfiqəsi Tünzalə Ömərova isə təcili yardım xidməti ilə Ucar Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
97
avtosfer.az

1Mənbələr