AZ

Avropa işıqsız qalsa belə, Rusiyadan qaz alınmayacaq - Fon der Lyayen Moskvanın ümidlərini puç etdi

Avropada elektrik kəsintisinə səbəb olan fiziki enerji çatışmazlığı yaşansa belə, Avropa İttifaqı ölkələrinin Rusiya qazını almasına icazə verilməyəcək.

Musavat.com xəbər verir ki, bu açıqlamanı Aİ sammitindən sonra keçirilən mətbuat konfransında Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen verib.

Avropa Komissiyasının fiziki enerji çatışmazlığı səbəbindən elektrik kəsintiləri yaşasa belə, Rusiya qazının alışını istisna etməyə hazır olub-olmadığı ilə bağlı suala cavab olaraq o bildirib:

"Bizim aydın bir məqsədimiz var və məqsədimizə sadiq qalırıq. Enerji sektorumuzu yaşıl və Avropada istehsal olunan enerjiyə doğru dəyişdirməyə davam edəcəyik".

Bundan əvvəl Avropa Enerji Komissarı Dan Jorgensen bildirib ki, Aİ ölkələri vəziyyətdən asılı olmayaraq artıq "tək bir Rusiya enerji molekulu" almamalıdırlar.

Musavat.com

 

Seçilən
52
3
musavat.com

4Mənbələr