AZ

Tehranı çökdürmək mümkün deyil: ABŞ və İsrailə xəbərdarlıq edildi

Avstriyanın keçmiş xarici işlər naziri Karin Kneissl ABŞ və İsrailin İranda rejim dəyişikliyi cəhdlərinin uğur qazanmayacağını bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsində danışıb.

Kneisslin sözlərinə görə, İranda rejim dəyişikliyi ideyası uzun illərdir müzakirə olunsa da, indiyədək reallaşmayıb. O qeyd edib ki, bunun əsas səbəblərindən biri ölkənin böyük əraziyə malik olması və siyasi sistemin sabitliyidir.

Keçmiş nazir vurğulayıb ki, yüksək vəzifəli şəxslərin ölümünə səbəb olan hücumlara baxmayaraq, ölkədə idarəetmə sistemi fəaliyyətini davam etdirir və dövlət institutları işlək vəziyyətdə qalır.

Seçilən
74
publika.az

1Mənbələr