Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İsrailin baş naziri Benyamin Netanyahu martın 19-u axşam saatlarında xalqa xüsusi müraciətlə çıxış edərək İranda həyata keçirilən “Şir nəriltisi” əməliyyatının gedişatını şərh edib.
Bizimyol.info xəbər verir ki, O, çıxışının əvvəlində , İsrail Müdafiə Qüvvələrinin İran rejiminə qarşı mübarizədə əldə etdiyi uğurları yüksək qiymətləndirib.
“İran artıq uranı zənginləşdirə və ballistik raketlər istehsal edə bilmir. Hazırda İran heç vaxt olmadığı qədər zəifdir, İsrail isə regionun, hətta bəzilərinin fikrincə, dünyanın güclü dövlətlərindən birinə çevrilib”, - deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, İrana qarşı hərbi kampaniya bütün hədəflərə çatana qədər davam edəcək. Baş nazir həmçinin İranın hücumları nəticəsində yaralandığı və ya öldüyü barədə yayılan xəbərlərə istehza ilə yanaşıb: “Əvvəla, demək istəyirəm ki, mən sağam”, – deyə o zarafat edib.
Netanyahu vurğulayıb ki, İsrail və ABŞ İranda həyata keçirilən əməliyyatlarla birlikdə həm Yaxın Şərqi, həm də bütün dünyanı qoruyurlar: “Biz qalib gəlirik, İran isə ağır məğlubiyyətə uğrayır”, - deyə qeyd edib.
O əlavə edib ki, İranın pilotsuz uçuş aparatları və raket ehtiyatları ciddi şəkildə tükənib və yaxın gələcəkdə tamamilə məhv ediləcək.
Baş nazir həmçinin ABŞ-ı münaqişəyə cəlb etdiyi barədə iddiaları təkzib edərək bildirib ki, müttəfiqlər əməliyyat zamanı çox sürətlə uğur qazanırlar. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trump qərarlarını yalnız ABŞ-ın maraqları əsasında verir.
Netanyahu etiraf edib ki, Tramp ondan İranda neft-qaz obyektlərinə yeni zərbələrdən çəkinməyi xahiş edib və İsrail bu istəyə əməl edib. O, həmçinin Hörmüz boğazı əvəzinə alternativ enerji yollarının vacibliyini qeyd etdi. Netanyahu bildirib ki, Ərəbistan yarımadası üzərindən İsrail limanlarına qədər neft və qaz kəmərlərinin çəkilməsi mümkündür.
İsrail hökumət başçısı münaqişənin tezliklə başa çatacağına əmin olduğunu bildirib: “Bu müharibənin insanların düşündüyündən daha tez bitəcəyini görürəm”, - deyə əlavə edib.
İranda hakimiyyətin kimdə olması ilə bağlı suala isə o, qəti cavab verə bilmədiyini deyib və Müctəba Xameneinin hələ də açıq şəkildə ortaya çıxmadığını qeyd edib.
Netanyahunun sözlərinə görə, İran rəhbərliyində yüksək vəzifəli şəxslərə qarşı həyata keçirilən hədəfli əməliyyatlar fonunda ciddi gərginlik müşahidə olunur.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.