AZ

Minlərlə əsgər və döyüş gəmiləri yola düşür: İrana qarşı plan məlum oldu

Vaşinqton Yaxın Şərqdə hərbi mövcudluğunu daha da gücləndirməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Newsmax” nəşri adı açıqlanmayan dörd məmura istinadən yazıb.

ABŞ hərbi qüvvələri İrana qarşı əməliyyatlarda iştirak edən bölmələri gücləndirmək üçün əlavə qüvvələr göndərməyi planlaşdırır. Söhbət bir neçə hərbi gəmi ilə yanaşı, 4000 dəniz piyadası və dənizçidən gedir.

Məlumata görə, ABŞ-ın Qərb Sahilindən yerləşdirilən “Boxer Amphibious Ready Group” tərkibində quru əməliyyatları üçün istifadə edilə bilən F-35 Lightning II qırıcıları, müxtəlif raket sistemləri və amfibiya texnikası da yer alır.

Seçilən
123
41
publika.az

10Mənbələr