AZ

Gərginlik artır: "Qalatasaray" "Liverpul"u məhkəməyə verə bilər

"Qalatasaray" "Liverpul"u məhkəməyə verə bilər.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Buna səbəb "sarı-qırmızılar"ın hücumçusu Noa Lanq UEFA Çempionlar Liqası 1/8 finalı çərçivəsində "Enfild" stadionunda İngiltərə klubuna qarşı keçirilən oyunda ağır zədə alması olub. Onun barmağının bir hissəsi kəsilib.

İstanbul klubunun rəhbərliyi bu hadisədən sonra məhkəməyə müraciət etməyi nəzərdən keçirir. İddialara əsasən, reklam lövhələrinin uğursuz yerləşdirilməsinə görə məsuliyyət "qırmızılar"ın üzərinə qoyula bilər. Bu halda Türkiyə təmsilçisi ən azından maliyyə baxımından kompensasiya əldə etməyə çalışacaq.

Seçilən
107
publika.az

1Mənbələr