Son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətinə hücumları nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb.
"Far.Az" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Polisindən bildirilib.
"Son sutka ərzində Sumı vilayətinin atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb", - məlumatda vurğulanıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, regionun bir sıra yaşayış məntəqələri zərbələrə məruz qalıb. Hücumlar zamanı aviabombalardan və pilotsuz uçuş aparatlarından istifadə edilib.
Bildirilib ki, ərazilərdə istintaq-əməliyyat qrupları, kriminalistlər və s. fəaliyyət göstərirlər.