AZ

İsrail bu ölkəyə də hücum etdi

İsrail Müdafiə Ordusu Suriyanın cənubundakı hərbi infrastruktura zərbələr endirib.

KONKRET.az trend-ə istinadən bildirir ki, bunu İsrail Müdafiə Qüvvələri (IDF) açıqlayıb.

IDF-in bildirdiyinə görə, zərbələr Əs-Süveydada druzların hücuma məruz qalmasına cavab olaraq endirilib. İsrail ordusu Suriya hökumət qüvvələrinin hərbi obyektlərindəki komandanlıq mərkəzinə və silah-sursat anbarlarına zərbələr endirib.

Ordu Suriyanın cənubunda vəziyyəti izləməyə davam etdiyini və siyasi rəhbərliyin göstərişlərinə uyğun addımlar atacağını vurğulayıb.

Seçilən
77
4
konkret.az

10Mənbələr