AZ

ÇL-in finalının bilet qiymətləri açıqlandı

Çempionlar Liqasının (ÇL) cari mövsümünün finalının bilet qiymətləri açıqlanıb. Məlumatı UEFA-nın saytı yayıb.

Avropanın ən nüfuzlu və gəlirli klub turnirinin həlledici matçı Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. UEFA finalda qarşılaşacaq hər iki komandanın azarkeşləri üçün 17200 bilet ayırıb. Bilet qiymətlərində müəyyən fərqliliklər və kateqoriyalar nəzərdə tutulub.

* Yalnız finalda çıxış edəcək klubların azarkeşləri üçün: 70 avro
* 3-cü kateqoriya: 180 avro
* 2-ci kateqoriya: 650 avro
* 1-ci kateqoriya: 950 avro

Artıq UEFA-nın saytında ümumi satışa çıxarılan biletlər üçün müraciətlər başlayıb. Biletlərin sahibləri püşkatma yolu ilə müəyyənləşəcək. Qeyd edək ki, “Puşkaş Arena”nın tamaşaçı tutumu 67000 nəfərdi. Bu arenada ÇL-in qalibi mayın 30-da müəyyənləşəcək.

Seçilən
96
5
football-plus.az

6Mənbələr