AZ

Şuşada möhtəşəm “Novruz” şənlikləri təşkil edilib - FOTO

BAKI, 20 mart. TELEQRAF

Azərbaycan xalqının tarixində, mədəniyyətində, adət-ənənələrində özünəməxsus yeri olan “Novruz” bayramı 19 mart tarixində Şuşa şəhərində yüksək təntənə ilə qeyd edilib.

Teleqraf xəbər verir ki, "Şuşa Baharı" adlıbayram tədbiri Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə təşkil edilib.

Bayram tədbirlərindəŞuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, Şuşa sakinləri, ictimaiyyətnümayəndələri və şəhərə təşrif buyuran qonaqlariştirak ediblər.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbində təşkil edilən tədbirdə şagirdlərin hazırladıqları maraqlı kompozisiyalar, şeirlər, musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.

“Güllü bağ”da bayram yarmarkasında Şuşa sakinləritərəfindən dadlı və ləzzətli təamlar, “Novruz “ şirniyyatları, əl işləri təqdim edilib.

“Şuşa Baharı’adlı konsert proqramında istedadlı Şuşa sakinlərinin,məktəblilərin ifasında mahnı və rəqslər hər kəsin marağına səbəb olub.

Respublikanın Xalq artistl Nazpəri Dostəliyevanın və müğənnilər Azad Şabanovun, Namiq Qasımovun ifaları böyük rəğbətlə qarşılanıb.

Seçilən
54
9
teleqraf.com

9Mənbələr