ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
“Kuba ABŞ-ın istənilən təcavüzünə qətiyyətlə müqavimət göstərəcək”
Kuba adaya tətbiq edilən neft blokadasına baxmayaraq, ABŞ Prezidenti Donald Trampı məmnun etmək üçün hakimiyyət dəyişikliyini istisna edib. AYNA.AZ-ın “Bloomberg”ə istinadən məlumatına görə, bu barədə ölkənin BMT-dəki nümayəndəsi Ernesto Soberon Quzman bildirib.
Diplomat vurğulayıb ki, "ABŞ-a dost rejimin qurulması, hakimiyyət dəyişikliyi və prezidentin hakimiyyətdən uzaqlaşdırılması istənilən dialoqdan tamamilə kənardadır".
Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar qarşılıqlı hörmətə əsaslanmalıdır.
Quzman qeyd edib ki, Kuba ABŞ-ın istənilən təcavüzünə qətiyyətlə müqavimət göstərəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.