AZ

Tanınmış jurnalistin oğlu nazir müavini təyin edildi - DOSYE

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib.

Rəşad Həsənov 1987-ci ildə Şəmkir rayonunda doğulub.

2004 – 2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.

2009 - 2010-cu illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.

2012 – 2016-cı illərdə Avstraliyanın Deakin Universitetində doktorantura təhsili alıb, iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

2010 – 2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı vəzifəsində çalışıb.

2012 – 2018-ci illərdə Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı vəzifələrində işləyib.

2018 – 2021-ci illərdə ADA Universitetində iqtisadiyyat üzrə baş müəllim vəzifəsində çalışıb.

2018 – 2020-ci illərdə Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı vəzifələrini tutub.

2020 – 2021-ci illərdə BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı olub.

2021 – 2026-cı illərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

"Cebheinfo.az"

Seçilən
93
15
cebheinfo.az

10Mənbələr