Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Qarabağ" Misli premye-liqasının 25-ci turunda "Kəpəz"ə uduzdu - 0:1."Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.- Azər Bağırovun komandasını təbrik edirəm. İstəkli idilər, çox yaxşı qalibiyyət əldə etdilər. Bizə azarkeşlik edən xeyli sayda insan var idi. Onlara təşəkkür edirəm. Məğlub olduq. Futboldur, belə hallar olur. Deyiləcək bir söz yoxdu.- Məğlubiyyətin əsas səbəbi nədi?- Sadəcə rəqib qalib gəldi. Futbolçular istəkli idilər, pis hazırlaşmamışdıq. Oyunda yaxşı temp var idi. Xeyli sayda qol epizodlarımız oldu. Onları dəyərləndirə bilmədik. Rəqibin bir epizodu qolla nəticələndi. Bu gün bizim günümüz deyildi.- Meydançanın ot örtüyü oyununuza necə təsir etdi?- Süni örtüklü meydança ilə təbii örtüklü meydança eyni deyil. Yevlax şəhər stadionu bəzi meydançalardan pis deyil.- Bu mövsüm "Kəpəz"ə ikinci dəfə məğlub olduz. Rəqib sizə qarşı daha motivasiyalı olur, yoxsa komandanızda arxayınlıq var?- Biz qətiyyən rahat deyilik. Əvvəlki oyunda komanda bir az yorğun idi. Bugünkü matça çox yaxşı hazırlaşmışdıq. Biz də istəkli idik, onlar da. Futbolçularıma deyiləcək bir söz yoxdu. Çox güc sərf etdilər, qalib gəlmək istəyirdilər.- Penalti gözlədiyiniz epizodla bağlı fikirləriniz necədi?- Mən narazılıq edəndə söhbət çox böyüyür. VAR-da deyəsən Rauf Cabbarov idi. Meydandakı hakim görmədi, Rauf da üç dəfə baxdı, görmədi.- Epizoda baxmısız?- Baxdım. Penalti olduğunu düşünürəm. Kamilodan da soruşdum, dedi ki, ayağıma dəymişdi. Orda penalti yoxdusa, heç nə... Görək də nə deyəcəklər. Rauf Cabbarov da sağ olsun.- Rəhim Həsənov adətən hakimlərin qərarını təsdiqləyir...- Təsdiqləyəcək. Ona görə çox da üzərinə getmək lazım deyil.- Çempionluq mübarizəsi davam edir?- Mütləq davam edəcəyik. Hər oyunda azarkeşlərimizə qələbə bəxş etmək istəyirik. Çempionluq elə bir şeydi ki, tək qələbə qazanmaqla deyil, başqa komandaların xal itirməsi də sənə üstünlük verir. Bizim xal itkilərimiz "Sabah"a böyük üstünlük verib. Onların bu qədər xal itirəcəyi çətin görünür. Çox yaxşı oyun sistemi qurublar. Hər halda sona qədər yaxşı oyun və yaxşı nəticə üçün meydana çıxacağıq.- Şahruddin Məhəmmədəliyev milli komandaya dəvət olunub. Onun idman forması necədi?- Dəvət ediblər ki? Tam hazır deyil.- Komanda ilə məşq edir?- Texniki məşqlər edir. Oyun məşqlərində olmur. Ola bilər təcrübəsinə görə dəvət olunub. - Nə vaxt meydana çıxa bilər?- Fasilədə komanda ilə tam məşqlərdə olmalı idi.- Gənc oyunçulara az şans verməyinizin səbəbi nədi?- Elə dövrdə idik ki, risklərə ehtiyac yox idi. Çempionlar Liqasından sonra kollektivdə yorğunluq var idi. Bütün futbolçuların idman formasını yaxşılaşdırmağa çalışırdıq. Qarşıdakı oyunlarda şans verə bilərik. İstənilən halda hamı hazır olmalıdı. Kim hazır olsa, meydanda o da olacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.