AZ

Seymur Orucov sağlamlıq durumu ilə bağlı daha bir şəhidimizin anasına baş çəkib- FOTO 

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Göycəli kəndindən olan Tovuz döyüşləri şəhidimiz Vüqar Sadıqovun anası Zeynəb Sadıqovanı evində ziyarət edib, sağlamlıq durumu ilə bağlı müalicənin gedişatı və ailənin digər qayğıları ilə maraqlanıb. RİH başçısı ailə üzvlərinə Novruz və Ramazan bayramları münasibəti ilə təbriklərini çatdıraraq söyləyib ki, dövlətimiz hər zaman şəhid ailələrinin, qazilərimizin, müharibə veteranlarının, bir sözlə Vətənimizin ləyaqətli vətəndaşlarının yanındadır.
Sağlamlıq durumu ilə bağlı göstərilən səhiyyə xidmətlərindən məmnunluğunu ifadə edən Zeynəb ana şəhidlərin ailə üzvlərinin daim diqqətdə saxlanılmasını, onların sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Allahdan şəhidlərimizə rəhmət diləyir, onların doğmalarına möhkəm can sağlığı arzu edirik!

image-img-20260320-wa0171 image-img-20260320-wa0170 image-img-20260320-wa0169

Seçilən
77
veteninfo.az

1Mənbələr