AZ

"Real" onu göndərir

“Real Madrid” gənc futbolçusu Sesar Palasios ilə yollarını ayıra bilər. Metbuat.az xəbər verir ki, İspaniya nəhəngi bir sıra klubların transfer etmək istədiyi futbolçunu mövsümün sonunda klubdan göndərmək istəyir. Bildirilir ki, futbolçu əsas heyətdə yerini təmin edə bilməyib. “Real” futbolçunun başqa klubda oynayaraq təcrübə qazanmasını istəyir. İspaniya nəhəngi müqaviləyə futbolçunu geri qaytarmaq bəndini əlavə etməyi nəzərdə tutur.

Qeyd edək ki, Sesar Palasios bu mövsüm “Real Madrid”in heyətində 4 oyunda forma geyinib.

Seçilən
102
metbuat.az

1Mənbələr