AZ

Xətaidə evləri çirkab suların altında qalan sakinlərin aqibəti necə olacaq? VİDEO

Azxeber.com portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kanalizasiya kollektoru çökdü, evlər çirkab suların altında qaldı... Sakinlər evlərindən təxliyə edildi...AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, kadrlar Xətai rayonu Köhnə Günəşli qəsəbəsi, Zeytun küçəsindəndir.Evlərinə girə bilməyən sakinlər əşyaları ilə çöldə qalıblar. Təxliyə prosesi isə gün boyu davam edib.Sakinlər deyirlər ki, problem təxminən bir il əvvəl başlayıb. Getdikcə səviyyəsi artan kanalizasiya suları indi küçənin bir hissəsini keçilməz edib.FHN-dən verilən məlumata görə, suyun çəkilərək kənarlaşdırılması məqsədilə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. Suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri görülüb.Bəs zərərçəkən sakinlərin aqibəti necə olacaq?

Xətai rayon İcra Hakimiyyətinə məsələ ilə bağlı sorğu ünvanlasaq da, qurumdan açıqlama verilməyəcəyi bildirildi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
azxeber.com

2Mənbələr