AZ

Dəhşətli qətlə görə türkiyəli müğənni saxlanıldı

Türkiyədə futbolçu Kubilay Kaan Kundakçının ölümü ilə nəticələnən silahlı hücumun təfərrüatı məlum olub.

Publika.az xəbər verir ki, hadisə ilə bağlı məşhur müğənni Aleyna Kalaycıoğlu saxlanılıb.

İddiaya görə, hadisə martın 19-na keçən gecə baş verib. "Kars 36 Spor" klubunun gənc futbolçusu Kundakçı repçi Vahap Canbay ilə müğənni Aleyna Kalaycıoğlunu barışdırmaq üçün vasitəçilik etməyə çalışıb.

Tərəfləri görüşdürmək məqsədilə studiyanın qarşısında avtomobildə gözləyən qrupa qəfil silahlı hücum edilib. Açılan atəş nəticəsində ağır yaralanan gənc futbolçu xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını itirib.

Seçilən
53
10
publika.az

10Mənbələr