AZ

Bu fotoya görə millidən uzaqlaşdırıldı – FOTO

Sərdar Azmun sosial şəbəkədə şəkil paylaşdıqdan sonra İran millisindən uzaqlaşdırılıb.

Msport.az xəbər verir ki, BƏƏ-nin “Əl Əhli” klubunda çıxış edən futbolçu bu ölkənin liderləri ilə şəkil çəkdirib.

O, sosial şəbəkədə fotonu “dünyanın ən ağıllarından bəziləri ilə görüşmək şərəf və zövq verdi” yazaraq paylaşıb.

Mənbənin sözlərinə görə, hücumçunun yığmadan kənarlaşdırılmasının əsas səbəbi məhz bu şəkil ola bilər. Hətta Azmuna qarşı İranda cinayət işi də qaldırıla bilər.

Qeyd edək ki, İran BƏƏ-ni ABŞ-nin əsas müttəfiqlərindən biri hesab edir və neçə vaxtdır ki, bu ölkəni bombalayır.

media-17740677111190263204

Seçilən
111
msport.az

1Mənbələr