AZ

106 yaşlı Dudu nənə bütün prezidentlərə şahidlik edib

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Kütahya vilayətinin Simav rayonunun Efir kəndində yaşayan 106 yaşlı Dudu Candan bölgənin canlı tarixi hesab olunur.

Sherg.az xəbər verir ki, 1920-ci ildə, VI Mehmed Vahdeddin dövründə dünyaya gələn Dudu nənə Osmanlı imperiyasının son illərini, Türkiyə Cümhuriyyətinin quruluşunu və II Dünya müharibəsini görüb. O, eyni zamanda Cümhuriyyət dövründə fəaliyyət göstərən bütün prezidentlərə şahidlik edib.

3 övladı və 11 nəvəsi olan Dudu nənə uzun ömrünün sirrini sadə həyat tərzi ilə izah edir. Onun sözlərinə görə, az yemək, süfrədən tam doymadan qalxmaq, yoğurt və göyərti kimi təbii qidalarla qidalanmaq əsas amillərdir.

O, həyatını hazırda övladı ilə birlikdə davam etdirir və kəndin ən yaşlı sakini kimi tanınır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
98
sherg.az

1Mənbələr