Gəncədə evdə qaz partlayıb.
"Unikal"ın məlumatına görə, şəhər sakini 1965-ci il təvəllüdlü M.Yolçuyev bədənin müxtəlif hissəsinin yanması diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov