AZ

Ağstafada 07 dirəyə çırpıldı Xəsarət alan var VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu gün səhər saatlarında yol kənarında dirəyə çırpılmış avtomobil aşkarlanıb və nəqliyyat vasitəsinin yanında sürücü olmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.az-a verilən məlumata görə, hadisə martın 21-də səhər saatlarında Ağstafa rayonunun Qırlı kəndi ərazisində qeydə alınıb. "Rayon sakini, 49 yaşlı Rafael İsmayılov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Bakı-Qazax-Gürcüstanla dövlət sərhədi avtomagistralının 457-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Qəza nəticəsində avtomobildə olan sərnişin, 49 yaşlı Ağstafa rayon sakini Rəşadət Mansırov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
2
avtosfer.az

3Mənbələr