ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Ağdaşda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ağdaş Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Martın 20-si saat 20:00-da Ağdaş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə bir nəfər (kişi) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1995-ci il təvəllüdlü şəxsə döş qəfəsinin travması, hər iki bud-çanaq nahiyəsində ağrı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir. Qeyd edək ki, hadisə zamanı bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.