AZ

"Borussiya" italiyalı istedadla peşəkar müqavilə bağladı

Almaniyanın "Borussiya" (Dortmund) klubu mərkəz müdafiəçisi Luka Reggiani ilə peşəkar müqavilə bağlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı Bundesluqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İtaliyalı futbolçu ilə yeni sazişin uzunmüddətli olduğu bildirilsə də, detallar açıqlanmayıb.

Reggiani "Borussiya"ya 2024-cü ilin fevralında "Sassuolo"nun akademiyasından gəlib. O, dortmundluların U-17 komandasında 12, U-19 komandasında 32 oyun keçirib.

18 yaşlı müdafiəçi ötən ayın 7-də -"Volfsburq"u 2:1 hesabı ilə məğlub etdikləri görüşdə əsas komandada, 10 gün sonra Çempionlar Liqasında debüt edib.

Toğrul

Seçilən
74
fanat.az

1Mənbələr