AZ

Qazaxda evdən 65 yaşlı kişinin meyiti tapılıb - Yenilənib 

Bu gün saat 07:10 radələrində 1994-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub...

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən xəbərə görə, ona qapalı kəllə-beyin travması, sol gözün hematoması və başın təpə nahiyəsinin çapılmış yarası diaqnozları təyin olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

***

Qazaxda evdən 65 yaşlı kişinin meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini 1961-ci il təvəllüdlü Q.Bayayevin yaşadığı evdən meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Poliqon.info

Seçilən
91
18
poliqon.info

10Mənbələr