Bu gün saat 07:10 radələrində 1994-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1news.az APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, ona qapalı kəllə-beyin travması, sol gözün hematoması və başın təpə nahiyəsinin çapılmış yarası diaqnozları təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. 13:44 Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var. 1news.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb. Məlumata görə, şəhər sakini 1965-ci il təvəllüdlü M.Yolçuyevin yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.