AZ

Bakıda və bölgələrdə silahlar aşkarlanıb

Martın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı tapıb.

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışlar nəticəsində həmçinin 9 tüfəng, 1 patron darağı və 117 ədəd müxtəlif çaplı patron aşkar edilib götürülüb.

Qeyd edilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
59
28
olaylar.az

10Mənbələr