AZ

Astarada 63 yaşlı kişi qonşusunu döydü

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Astara rayonunda 63 yaşlı kişi qonşusuna xəsarət yetirib.

Avtosfer.az-ın "Teleqraf"a istinadən məlumatına görə, hadisə Astara şəhəri, S.Vurğun küçəsində baş verib.

1963-cü il təvəllüdlü Vasif yaşayış binasının həyətində qonşusu Zamiq (adlar şərti verilib – red.) ilə mübahisə edib.

Bu zaman Vasif Zamiqin arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb, mübahisə zamanı onun bədəninin üz və sol bazu nahiyəsinə qəsdən yumruq zərbələri vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Vasifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Bu işə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb, ona dəymiş ziyanı ödəyib. Bu səbəbdən də işə baxan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
1
avtosfer.az

2Mənbələr