AZ

Vildersdən sərt çağırış: “İspaniya Şengen zonasından çıxarılmalıdır”

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Niderlandın ifrat sağçı Azadlıq Partiyasının lideri Gert Vilders İspaniyanın miqrasiya siyasətini tənqid edərək, bu ölkənin Şengen zonasından çıxarılmasına çağırıb.

Bizimyol.info xəbər verir ki, o, Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyətlər üzrə Beynəlxalq Konfransda (CPAC) çıxışı zamanı bildirib.

“Əgər İspaniya Şengenin ən zəif halqası olmağı seçirsə, yeganə çıxış yolu bu halqanı zəncirdən qoparmaqdır – yəni İspaniyanı Şengendən çıxarmaqdır”, - deyə o bildirib. Vilders Madridin çoxsaylı qeyri-qanuni miqrantları leqallaşdırmaq qərarını şərh edərkən qeyd edib ki, Şengen zonasındakı daxili sərhədlərin olmaması səbəbindən belə addımlar digər Aİ ölkələri üçün mənfi nəticələr doğura bilər.

Xatırladaq ki, yanvar ayında İspaniya hökuməti, baş nazir Pedro Sançesin rəhbərliyi ilə, ölkədə yaşayan təxminən 500 min qeyri-qanuni miqrant və sığınacaq axtaran şəxsin leqallaşdırılmasını nəzərdə tutan qərar qəbul edib. Bu tədbirə əsasən, İspaniyada azı beş ay yaşamış, məhkumluğu olmayan miqrantlara bir il müddətinə yaşayış icazəsi və işləmək hüququ verilir.

Rəsmi Madrid bu addımı humanitar və iqtisadi səbəblərlə, o cümlədən miqrantların inteqrasiyası və əmək bazarındakı çatışmazlığın aradan qaldırılması ilə izah edib. Lakin qərar sağçı siyasi qüvvələrin kəskin tənqidinə səbəb olub – onlar Avropa İttifaqı daxilində ikinci dərəcəli miqrasiyanın artacağından ehtiyat edirlər.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
icma.az

1Mənbələr