AZ

İran İsraildə nüvə obyektinə raket zərbəsi endirdi: Yaralılar var

ain.az bildirir, Olke.az portalına istinadən.

İran İsrailin əsas nüvə obyektinin yerləşdiyi Dimona şəhərinə raket zərbəsi endirib.

Ölkə.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Al Araby" məlumat yayıb.

Nəşrin müxbirinin sözlərinə görə, raketlərdən biri binaya dəyib və nəticədə bina çöküb. İsrailin "Channel 12" telekanalı zərbə nəticəsində 20 nəfərin yaralandığını, onların arasında 10 yaşlı uşağın da olduğunu bildirib.

Qeyd olunub ki, İranın hücumu səbəbindən Dimonada 12 yol-nəqliyyat hadisəsi baş verib.

"Al Araby", həmçinin İranın İsraildə Negev səhrası istiqamətində, Nüvə Tədqiqatları Mərkəzinin yerləşdiyi əraziyə də bir sıra zərbələr endirdiyini yazıb. Bölgədə sutka ərzində artıq yeddinci dəfə hava həyəcanı siqnalı verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
87
4
olke.az

7Mənbələr