AZ

Nəriman Axundzadə MLS-də DEBÜT ETDİ

Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə ABŞ futbol liqasında (MLS) debüt edib.

Azreform.info oxu.az-a istinadla xəbər verir ki, 21 yaşlı futbolçumuz müntəzəm mövsümün 5-ci turunda "Toronto" ilə oyunun 88-ci dəqiqəsində oyuna daxil olub.

Görüş "Toronto"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Kolambus Kryu" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

Seçilən
117
6
azreform.info

10Mənbələr