AZ

Yaponiya və İrandan mühüm razılaşma

Yayılan məlumatlara görə, Yaponiya Hörmüz boğazından öz gəmilərinin maneəsiz keçidini təmin etmək üçün İrana Çin yuanı ilə ödəniş etməyə razılaşıb.

Musavat.com xəbər verir ki, məlumata əsasən, bu razılaşma yalnız Tokio ilə məhdudlaşmaya bilər. İddialar göstərir ki, Hörmüz boğazından təhlükəsiz keçid istəyən digər ölkələr də oxşar mexanizmə – yəni İrana yuanla ödəniş modelinə keçməyə məcbur qala bilər.

Bu isə qlobal enerji və ticarət marşrutlarının ən kritik nöqtələrindən biri olan Hörmüz boğazında yeni geosiyasi reallıq yarada bilər. Belə ki, dünya neft daşımalarının əhəmiyyətli hissəsi məhz bu dar boğazdan keçir və burada tətbiq ediləcək hər hansı yeni “ödəniş sistemi” beynəlxalq bazarlara ciddi təsir göstərə bilər.

Ekspertlər hesab edir ki, əgər bu model geniş yayılarsa, bu, həm ABŞ dollarının enerji ticarətindəki dominant roluna zərbə vura, həm də Çin yuanının beynəlxalq mövqeyini gücləndirə bilər. Eyni zamanda, İranın regiondakı təsir imkanlarının artması və Hörmüz üzərində faktiki nəzarətinin daha da sərtləşməsi ehtimal olunur.

Musavat.com

Seçilən
125
47
musavat.com

10Mənbələr