AZ

"British Airways" təyyarəsi göyərtədə ölən sərnişinlə 13 saat uçub

Bakı. Trend:

"British Airways" aviaşirkətinə məxsus təyyarə göyərtədə ölənsərnişinlə 13 saatdan artıq uçuş həyata keçirib.

Trend xəbər verirki, bu barədə Böyük Britaniyanın "The Sun" qəzeti məlumatyayıb.

Məlumata görə, təxminən 60 yaşlarında olan qadın sərnişinHonkonqdan Londona uçan reysin ilk saatında vəfat edib. Bunabaxmayaraq, ekipaj geri qayıtmaq əvəzinə uçuşu Londonun Hitrou havalimanına qədər davam etdirməyə qərar verib.

Bildirilir ki, ekipaj meyitin yerləşdirilməsi ilə bağlı çətinlikçəkib. Qadının cəsədini tualetə qoymaq təklifi rədd edildikdənsonra göyərtə bələdçiləri onu yorğana bükərək təyyarənin arxahissəsinə aparıblar. Daha sonra məlum olub ki, həmin bölməqızdırılır, bu da vəziyyəti daha da çətinləşdirib.

Təyyarə enişə yaxın sərnişinlər və ekipaj arxa hissədən yayılanxoşagəlməz qoxunu hiss ediblər.

Hitrouya endikdən sonra polis təyyarəni qarşılayıb və araşdırmaapararkən 331 sərnişin və ekipaj üzvü təxminən 45 dəqiqə yerlərindəqalmağa məcbur olub.

Rəsmi şikayət qeyd olunmasa da, hadisə ekipaj üzvlərinə cidditəsir göstərib və bəziləri işdən məzuniyyət götürərək özlərinəgəlməyə çalışıblar.

Seçilən
148
az.trend.az

1Mənbələr