AZ

Tramp İrana 48 saat vaxt verdi

O, İran rəhbərliyinə Hörmüz boğazı üzərindən gəmiçiliyin bərpası üçün 48 saat vaxt verildiyini bildirib.

Tramp özününTruth Socialhesabında yazıb ki, əgər Tehran göstərilən müddət ərzində boğazda hərəkəti tam bərpa etməsə və təhdidlərinə son qoymasa, ABŞ İranın elektrik enerjisi infrastrukturuna zərbələr endirəcək.

“İran Hörmüz boğazını açmasa, 48 saatdan sonra ABŞ ən iri obyektlərdən başlayaraq müxtəlif elektrik stansiyalarınazərbələr endirəcək”, – deyə o qeyd edib.

ABŞ Prezidenti hədəf seçiləcək konkret obyektlərin adlarını açıqlamayıb. Bu təhdidlərin Buşəhr AES-ə aid olub-olmadığı isə dəqiqləşdirilməyib.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji daşımalarında əsas tranzit marşrutlardan biri hesab olunur və burada yaranan hər hansı gərginlik beynəlxalq bazarlara birbaşa təsir göstərir.

M. Həsənli


Seçilən
63
azvision.az

1Mənbələr