AZ

“San Paulu” vahid lider oldu

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Braziliya çempionatında 5-6-cı turların oyunlarından sonra iki iştirakçının şərikli liderliyi pozuldu. "Football-plus.az" xəbər verir ki, indi A seriyasında turnir cədvəlinə yalnız bir komanda başçılıq edir.4-cü turdan sonra topların daha yaxşı fərqinə əsasən 1-ci yerdə olan “Palmeyras” iki oyunda mümkün olan xalların yarısını toplaya bildi. Son mövsümün gümüş mükafatçısı əvvəlcə səfərdə “Vasku da Qama”ya məğlub oldu. Abel Ferreyranın komandası ilk hissəni Xose Lopesin qolu ilə minimal üstünlüklə başa vursa da, meydan sahibləri fasilədən sonra iki cavabsız qol vuraraq əzmkar qələbə qazandılar. Vitse-çempion bu mövsüm ilk məğlubiyyətin əvəzini “Mirassol”dan çıxdı. Lopesin yeganə qolu bu dəfə “Palmeyras”a maksimum xal qazandırdı. Amma Ferreyranın komandası 1-ci yerdəki mövqeyini əldən verdi.Ona görə ki, iki tur əvvəl şərikli lider kimi 2-ci yerdə olan “San Paulu” hər iki oyunu qalib başa vurdu. Xəbər verdyimiz kimi, komanda mövsümə uğurlu başlamasına baxmayaraq, rəhbərlik Ernan Krespo ilə yolları ayırıb. 50 yaşlı argentinalı mütəxəssisin yerinə təyinat alan Rocer Maçadonun debütü “Şapekoense” ilə ev oyununa təsadüf etdi. Lusiano və Kalyerinin qolları ilə inamlı qələbə qazanan san paululular səfərdə “Braqantino”nu 2:1 hesabıyla məğlub etdilər. Beləliklə, ardıcıl 4-cü qələbəni qazanan Maçadonun yeni komandası vahid liderliyi ələ aldı.Son iki tur “Fluminense” üçün də uğurlu alındı. Səfərdə “Remo”nu 2:0, evdə “Atletiko Paranaense”ni 3:2 hesabıyla üstələyən Luis Subeldiyanın komandası 3-cü yerə yüksəldi. Rio de janeyrolular 2-ci yerdəki “Palmeyras”dan yalnız topların fərqinə əsasən geri qalırlar.İki tur əvvəl 4-cü yerdə olan “Bayya” iki oyuna 4 xal qazanmaqla mövqeyini qorudu. Salvadorlular kimi bir oyun az keçirən “Flamenqo” tədricən mövqeyini yaxşılaşdırır. Mövsümə zəif başlayan, buna görə Filipe Luisi baş məşqçi vəzifəsindən qovan son çempion iki matçda maksimum xal qazandı. Yeni baş məşqçi Leonardo Jardimin debüt oyununda “Kruzeyro”ya iki cavabsız qol vuran rio de janeyrolular “Botafoqo” ilə derbidə 3:1 hesabıyla qalib gəldilər. Çempionatda adıcıl 3-cü qələbə ehiyatda bir oyunu olan “Flamenqo”nu 5-ci yerə çıxardı.“Kruzeyro” isə çempiona məğlubiyyətdən sonra evdə “Vasku da Qama” ilə məhsuldar heç-heçəyə (3:3) razılaşdı. Mövsümün ilk 6 oyununda yalnız 3 xal qazanan komandanın baş məşqçisi Titenin uğursuz nəticələrə görə istefaya göndərildiyini qeyd edək. 64 yaşlı mütəxəssis ötən ilin dekabrında son mövsümün bürünc mükafatçısı ilə birillik müqavilə bağlamışdı. Onun yerini Uesli Karvalyo tutub.5-ci turVasku da Qama - Palmeyras 2:1Tyaqo Mendes, 63. Kuyabano, 74 – X.Lopes, 40.San Paulu - Şapekoense 2:0Lusiano, 47. Kalyeri, 60.Flamenqo – Kruzeyro 2:0Pedro, 5. Karraskal, 90+8.Korintians - Koritiba 0:2Maranyao, 37. Ronyer, 53.Bayya – Vitoriya 1:1Jean Lukas, 45+6 – Ramon, 45+2.Remo - Fluminense 0:2Kennedi, 16. Kanobbio, 63.Mirassol – Santos 2:2Formiqa, 21. Nequeba, 71 – Qabriel Barboza, 80; 88-p.Atletiko Mineyro - İnternasyonal 1:0Kuelyo, 2.Qremio - Braqantino 1:1Vinisius, 7 – Rodriginyo, 66.“Atletiko Paranaense” - “Botafoqo” (Rio de Janeyro) oyunu martın 29-na təxirə salınıb.6-cı turPalmeyras – Mirassol 1:0X.Lopes, 26.Braqantino - San Paulu 1:2Errera, 36 – Sabino, 53. Kalyeri, 68.Botafoqo RJ – Flamenqo 1:3Aleksander Barboza, 45+9 – Lino, 13. Leo Pereyra, 45+2. Pedro, 49.Kruzeyro - Vasku da Qama 3:3Kristian, 8. Vilyarreal, 70. Japa, 90+4 – Barros, 52; 54. Brenner, 86.Fluminense - Atletiko Paranaense 3:2Erkules, 9. Kanobbio, 37. Gilyerme Arana, 90+4 – Mendosa, 5. Luis Qustavo, 75.İnternasyonal – Bayya 0:1Villian Joze, 23.Vitoriya - Atletiko Mineyro 2:0Renato Kayzer, 20. Erik, 68.Santos - Korintians 1:1Qabriel Barboza, 21 – Depay, 18.Koritiba – Remo 1:0Pedro Roşa, 24.Şapekoense – Qremio 1:1Klar, 28-p. – Nardoni, 45+3.1. San Paulu 6 5 1 0 10-3 162. Palmeyras 6 4 1 1 14-7 133. Fluminense 6 4 1 1 10-6 134. Bayya 5 3 2 0 6-3 115. Flamenqo 5 3 1 1 9-4 106. Koritiba 6 3 1 2 8-6 107. Qremio 6 2 2 2 10-10 88. Korintians 6 2 2 2 6-6 89. Braqantino 6 2 2 2 5-6 810. Atletiko Paranaense 5 2 1 2 6-6 711. Vitoriya 5 2 1 2 7-8 712. Şapekoense 5 1 3 1 9-9 613. Mirassol 5 1 3 1 8-8 614. Santos 6 1 3 2 9-11 615. Vasku da Qama 6 1 2 3 8-10 516. Atletiko Mineyro 6 1 2 3 7-10 517. Botafoqo RJ 4 1 0 3 7-9 318. Remo 6 0 3 3 6-11 319. Kruzeyro 6 0 3 3 7-14 320. İnternasyonal 6 0 2 4 3-8 2Bombardirlər: Vinisius (Qremio) - 5, Kalyeri (San Paulu), Danilo (Botafoqo RJ) - 4.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
112
1
icma.az

2Mənbələr