AZ

Azərbaycanda problemli kreditlərin həcmi yenidən artdıVİDEO

Problemli kreditlərin həcmi artıb.

Rəsmi statistikaya görə, bank və digər kredit təşkilatlarının cəmi kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz artıb. Bunu rəqəmlə ifadə etsək, 31 milyard 863 milyon manatdan çox vəsait deməkdir. Kreditlərin 94 faizindən çoxu isə bankların payına düşür.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği isə il ərzində 17 faizdən çox artaraq 557 milyon manatı keçib.

Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmriov deyir ki, rəqəm böyük görünsə də, vəziyyət kritik deyil.

Bəs problemli kreditləri artıran nədir?. Niyə bəzi borclar vaxtnda ödənilmir?

İqtisadçı bildirir ki, əsas problem bankla vətəndaş arasındakı qərarvermə prosesindədir. Risk düzgün ölçülməyəndə, nəticə problemli kredit siyahısına düşmək olur. Digər tərəfdən, insanlar biznesdən çox, şəxsi ehtiyacları üçün borclanmağa üstünlük verirlər.

Artan kreditləşmədə əsas pay hələ də istehlak kreditlərinin üzərinə düşür. Bu da bank sektorunda həm gəlirliliyi, həm də riskləri eyni vaxtda aktiv saxlayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
62
xezerxeber.az

1Mənbələr