AZ

İsrail vətəndaşları terror hazırlığında – Umm əl-Fəhmdə silah anbarları tapıldı

İsrailin daxili təhlükəsizlik xidməti (ŞABAK) və polis qüvvələrinin keçirdiyi birgə əməliyyat nəticəsində ölkə ərazisində genişmiqyaslı terror aktı planlaşdıran gizli şəbəkə ifşa edilib.

Musavat.com xəbər verir ki, əməliyyat zamanı Umm əl-Fəhm şəhərinin sakini olan 4 İsrail vətəndaşı terror hücumuna hazırlıq mərhələsində saxlanılıb. İstintaq müəyyən edib ki, şübhəlilər İsrail daxilində qanlı aksiyalar həyata keçirmək üçün qeyri-qanuni yollarla odlu silahlar əldə ediblər. Terrorçuların hazırlıq səviyyəsini artırmaq üçün "straykbol" avadanlıqlarından istifadə edərək mütəmadi olaraq atıcılıq təlimləri keçdikləri də məlum olub.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi basqınlar zamanı gizli anbarlardan külli miqdarda silah-sursat və hərbi ləvazimat müsadirə edilib. ŞABAK rəsmiləri bildiriblər ki, bu qrup birbaşa xarici terror təşkilatları ilə əlaqədə olub və hücumun bir neçə gün ərzində reallaşdırılması planlaşdırılırdı. Saxlanılan şəxslərin Umm əl-Fəhmdəki evlərində aparılan axtarışlar zamanı radikal qruplaşmalara məxsus təbliğat materialları və partlayıcı maddələrin hazırlanma qaydaları da aşkar olunub. Hazırda saxlanılan şəxslər ağır cinayətlərdə ittiham olunaraq təcridxanaya yerləşdiriliblər. Ekspertlər qeyd edirlər ki, İranla davam edən müharibə fonunda ölkə daxilindəki "yatmış hüceyrələrin" fəallaşması İsrail təhlükəsizlik qüvvələri üçün ən böyük daxili təhdidlərdən birinə çevrilib.

Musavat.com

Seçilən
88
50
musavat.com

10Mənbələr