AZ

Goranboyda bıçaqlanan şəxsin vəziyyəti açıqlandı KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“21.03.2026-cı il tarixində saat 20:50 radələrində 1986-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub”.

KONKRET.az xəbər verir ki, bu barədə “Unikal”ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.

“Ona döş qəfəsinin divarının çox saylı açıq yarası diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Goranboyda 40 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Goranboy rayon sakini Fariz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı M. Əhmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
3
konkret.az

5Mənbələr