AZ

İsrail Livanda quru əməliyyatları planını təsdiqlədi

İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargah rəisi Əyal Zamir Livanda hədəflənmiş quru əməliyyatları planını təsdiqləyib.

“Unikal” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.

“‘Hizbullah" terror təşkilatına qarşı əməliyyat yeni başlayıb. İrandakı əməliyyat başa çatdıqdan sonra ‘Hizbullah’ tək qalacaq və təcrid olunacaq. Bu, uzunmüddətli əməliyyatdır və biz buna hazırıq”, – Zamir bildirib.

O əlavə edib ki, İsrail ordusu hazırda əvvəlcədən hazırlanmış plana uyğun olaraq hədəflənmiş quru əməliyyatlarını və zərbələri həyata keçirməyə hazırlaşır.

Baş Qərargah rəisinin sözlərinə görə, İsrail ölkənin şimalında yaşayan sakinlər üçün uzunmüddətli təhlükəsizlik təmin olunana qədər əməliyyatları dayandırmayacaq.

Seçilən
90
unikal.az

1Mənbələr