AZ

“Siti”nin azarkeşlərini aparan avtobus yandı

İngiltərə Liqa Kubokunun finalında “Arsenal” la qarşılaşan “Mançester Siti” azarkeşlərini daşıyan avtobus yanıb.

Publika.az xəbər verir ki, “Manchester Evening News” qəzetinin verdiyi məlumata görə, Qərbi Midlenddəki pullu yolda avtobusda yanğın baş verib və nəticədə yolun bir hissəsi bağlanıb.

Məlumata görə, avtobusdan əvvəlcə tüstü qalxıb və sonra mühərrik alovlanıb. Daha sonra alov yavaş-yavaş avtobusu bürüyüb. Yanğınsöndürmə briqadası gəlib.

Seçilən
121
publika.az

1Mənbələr