AZ

AFFA Qurban Qurbanovla razılaşmadı

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının XXV turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.

Teleqraf xəbər verir ki, tur ərzində ən çox müzakirə olunan “Kəpəz” - “Qarabağ” (1:0) matçındakı penalti epizodu ilə bağlı komitə sədri açıqlama verib.

Rəhim Həsənov təyin olunmayan penalti epizodunda baş hakim Əli Əliyevin doğru qərar qəbul etdiyini bildirib.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov görüşdən sonra keçirilən mətbuat konfransında həmin epizodun penalti olduğunu qeyd etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
1
sherg.az

2Mənbələr