AZ

Madrid derbisində “Real” qalib gəldi

İspaniya çempionatının 29-cu turunda Madrid derbisi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, "Real Madrid" komandası öz meydanında "Atletiko Madrid" üzərində 3:2 hesablı qələbə qazanıb.

“Santyaqo Bernabeu” stadionunda keçirilən görüşün baş hakimi Xose Munuera Montero olub.

Oyunda hesabı 33-cü dəqiqədə qonaq komandanın hücumçusu Ademola Lukman açıb. 52-ci dəqiqədə Vinisius Junior onbir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. 55-ci dəqiqədə Federiko Valverde meydan sahiblərini hesabda önə çıxarıb.

67-ci dəqiqədə Naul Molina hesabı yenidən bərabərləşdirib. 72-ci dəqiqədə isə Vinisius Junior oyunda ikinci qolunu vuraraq qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 3:2.

77-ci dəqiqədə “Real”ın yarımmüdafiəçisi Federiko Valverde rəqib oyunçuya qarşı kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

29 turdan sonra “Real Madrid” 69 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Atletiko Madrid” isə 57 xalla dördüncü yerdədir.

Növbəti turda “Real” səfərdə “Malyorka” ilə qarşılaşacaq. “Atletiko” isə öz meydanında “Barselona” ilə üz-üzə gələcək.

Seçilən
118
90deqiqe.az

1Mənbələr