AZ

Araşdırma: Diş əti xəstəlikləri süd vəzi xərçəngi riskini artıra bilər

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Amerikalı alimlər ağız boşluğunun sağlamlığı ilə süd vəzi xərçənginin inkişafı arasında gözlənilməz əlaqə aşkar ediblər. Diş əti xəstəliklərinə səbəb olan spesifik bakteriyanın qan dövranı vasitəsilə süd vəzi toxumalarına nüfuz edərək şişin böyüməsinə şərait yaratdığı məlum olub.Demokrat.az-ın məlumatına görə "Cell Communication and Signaling" jurnalında dərc edilən araşdırma bu təhlükəli mexanizmi üzə çıxarıb.Söhbət əvvəllər bağırsaq xərçəngi ilə əlaqələndirilən Fusobacterium nucleatum bakteriyasından gedir. Tədqiqatlar göstərir ki, bu mikroorqanizm iltihab prosesini başladaraq hüceyrələrdə erkən dəyişikliklərə yol açır. Heyvanlar üzərində aparılan sınaqlar zamanı həmin bakteriyanın iştirakı şişin böyüməsini sürətləndirib və xərçəng hüceyrələrinin ağciyərlərə yayılma ehtimalını artırıb.Alimlər bu təsirin daxili mexanizmini də izah ediblər. Bakteriya hüceyrələrin DNT-sini zədələyir və orqanizmin "təcili təmir" sistemini aktivləşdirir. Lakin bu sistem tez-tez səhvlərlə işlədiyi üçün hüceyrələrdə mutasiyalar toplanmağa başlayır. Hətta qısamüddətli təsir belə xərçəng hüceyrələrini müalicəyə qarşı daha dözümlü və aqressiv edir.Xüsusilə irsi xərçəng riski daşıyan (BRCA1 gen mutasiyası olan) şəxslərin bu bakteriyaya qarşı daha həssas olduğu müəyyən edilib. Belə hüceyrələr bakteriyanı daha asan qəbul edir və DNT zədələnməsi daha ağır formada baş verir.Ekspertlər qeyd edirlər ki, bu bakteriya xərçəngin birbaşa səbəbi deyil, lakin mövcud riskləri gücləndirən əlavə bir "tətikləyici" rolunu oynayır. Bu kəşf gələcəkdə xərçəngin profilaktikasında diş əti xəstəliklərinin müalicəsinə daha ciddi yanaşmağı zəruri edir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
108
demokrat.az

1Mənbələr