AZ

İran müharibəsi: Gecə nələr olub?

Yaxın Şərqdə döyüşlər davam edir, bölgədə gərginlik artır və beynəlxalq ictimaiyyət arasında narahatlıq doğurur. Hər iki tərəfin hərbi hücumları və cavab tədbirləri təkcə region ölkələrinə deyil, həm də qlobal iqtisadi vəziyyətə təsir göstərməyə davam edir.

"Cebheinfo.az" bazar ertəsi gecəsi Yaxın Şərqdə baş verən əsas hadisələrin qısa icmalını təqdim edir.

"The Jerusalem Post" məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ İranın Xarq adasını ələ keçirmək üçün yerüstü əməliyyat keçirməyi düşünür. Bu mənbələrə görə, ABŞ-nin yüksək vəzifəli rəsmiləri bu yaxınlarda İsrail və digər ölkələrdəki həmkarlarına Vaşinqtonun adanı ələ keçirmək üçün yerüstü hərbi əməliyyata başlamaqdan başqa alternativinin olmadığını bildiriblər.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Tehranın ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının blokadasına cavab olaraq İranın elektrik stansiyalarına zərbə endirməklə bağlı təhdidlərini qeyri-mütənasib hesab etdiyini bildirib.

Dövlətə məxsus IRIB "Telegram" kanalında bildirib ki, İranın Bəndər Abbas şəhərindəki Körfəz Radio və Televiziya Mərkəzinin ötürücüsünə zərbə endirilib. Bir nəfər ölüb, biri yaralanıb.

İranın vitse-prezidenti Saqab Esfahani 22 martda israilliləri növbəti 48 saat ərzində su ehtiyatı toplamağa çağırıb. Vitse-prezident sosial mediada yazıb: "İsrail sakinlərinə və İranın müxaliflərinə ev sahibliyi edən ölkələrin xalqlarına növbəti 48 saat ərzində su ehtiyatı toplamaq və mobil telefonlarını doldurmaq tövsiyə olunur".

Xəzər

"Cebheinfo.az"

Seçilən
34
1
cebheinfo.az

2Mənbələr