AZ

Bu valyuta dollar qarşısında rekord həddə ucuzlaşdı KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Yaxın Şərqdə gərginliyin artması fonunda Hindistanın milli valyutası olan rupi ABŞ dollarına qarşı tarixi minimum səviyyəyə enib.

KONKRET.az xəbər verir ki, bazar ertəsi rupi 1 dollar qarşısında 93,84 səviyyəsinə qədər ucuzlaşıb.

Bu göstərici cümə günü qeydə alınmış əvvəlki antirekordu (93,7350) da geridə qoyub.

Regionda yaranmış qeyri-müəyyənlik digər Asiya valyutalarına da təsirsiz ötüşməyib. Onların dəyəri 0,1%-dən 0,8%-dək azalıb. Analitiklər bildirirlər ki, ABŞ ilə İran arasında artıq dördüncü həftəyə keçən qarşıdurma bazarlarda təzyiqi artırır.

Eyni zamanda, münaqişə neft qiymətlərinin kəskin yüksəlməsinə səbəb olub. Beynəlxalq Enerji

Agentliyinin qiymətləndirməsinə görə, hazırkı enerji böhranı miqyasına görə 1970-ci illərin hər iki neft şokunu birlikdə üstələyir.

Rupi isə neft qiymətlərinin artımına ən həssas valyutalardan biri hesab olunur. Münaqişə başlayandan bəri Hindistan valyutası təxminən 3% dəyər itirib.

Bank of America Global Research analitikləri hesab edirlər ki, 2026-cı ilin iyun ayına qədər rupi 1 dollar qarşısında 94 səviyyəsinə çata bilər. Halbuki daha əvvəl daha müsbət ssenari üzrə 89 səviyyəsi proqnozlaşdırılırdı.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
1
konkret.az

2Mənbələr